"Azər–İlmə" MMC-də “Sehrli-İlmələr” Azərbaycan Xalçaları Qalereyası fəaliyyət göstərir.
Nəfis dizayn tərtibatlı, müasir audio-vizual imkanlara malik, zəngin xalça nümunələrinin göz oxşadığı bu qalereyada hər kəs öz zövqünə uyğun xalçalara sahib ola bilər.
İpək və ya yundan toxunulmuş, kamil tərtibatlı, zərif rəng çalarları ilə seçilən bu xalçalar hər növ alıcının zövqünə uyğundur.