AZ|RU|ENG
... AZER ILME ...
“Azər-İlmə” MMC öz fəaliyyəti ilə dünya sivilizasiyasının maddi və mədəni sərvətlərinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalça sənəti ənənələrini yaşadır, inkişaf etdirir və bütün dünyada satışı vasitəsilə təbliğinə xidmət edir.
Müəssisə 1996-cı ildə fəaliyyətə başlamışdır. «Azər–İlmə»də 350 nəfər çalışır. Onların sırasında rəssamlar, sənətşünaslar, xalçaçılar və başqaları vardır.
Burada unudulmaqda olan çeşnilərin bərpası ilə yanaşı yüksək keyfiyyətli xalçalar istehsal etmək, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının bədii ənənələrini gələcək nəsillərə çatdırmaq, Azərbaycan xalçasının dünya miqyasında ticarətini təşkil etməklə layiqli təbliğinə nail olmaq kimi əhəmiyyətli işlər həyata keçirilir.
     Tarixən qədim toxuculuq mərkəzləri olmuş Bakının Nardaran, Binə, Hökməli, Lökbatan, Şirvanın Kürdəmir, habelə Lerikdə toxuculuq emalatxanaları olan bu müəssisə, əsrlər boyu formalaşmış milli xalq ənənələrini ən yüksək səviyyədə yaşatmasına görə nəinki Azərbaycanda, hətta beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır
.

     “Azər-İlmə” Azərbaycanın Qazax, Borçalı, Göyçə, Zəngəzur, Ağbaba, Dərəçiçək, Paşalı , Cəlaloğlu, Hamamlı, Şərur-Dərələyəz, Dərbənd, Təbriz, Ərdəbil, Sərab və başqa tarixi ərazilərində xalq sənətkarlarımız tərəfindən toxunulmuş xalçaların bədii və texniki xüsusiyyətlərini yaşadır. Eyni zamanda “Azər-İlmə” də istehsal edilən xalçalar müasir dövrün bədii üslubu və texnoloji göstəriciləri baxımından beynəlxalq standartlara da cavab verir.
     “Azər-İlmə” MMC- də yun və ipəkdən istehsal edilən ən zərif toxunuşlu, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux ahəngdar koloriti ilə seçilən xalçalar bu müəssisənin emalatxanalarında peşəkar sənətkarlar tərəfindən ərsəyə gətirilir.

Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Unesco və İsesko-nun Xoşməramlı Səfiri, Millət Vəkili Mehriban Xanım Əliyeva və onun Qonaqlarlarının Azər-İlmə MMC ilə tanışlığı

Litva Prezidenti Valdas Adamkusunun Xanımı Alma Adamkiene

09 İyun 2006

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Xanımı Sandra Elizabet Rulofs Saakaşvili

10 oktyabr 2006

Türkiyə Baş nazirinin Xanımı Əminə Ərdoğan

09 mart 2007

Polşa Prezidenti Lex Kaçinskinin Xanımı Mariya Kaçinskaya

30 mart 2007

Qətər Əmrinin Xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd

01 noyabr 2007

Türkiyə Respublikasının Prezidenti Abdulla Gülün Xanımı Hayrünnisə Gül

06 noyabr 2007

İsveçrə Konfederasiyası Prezidentinin Xanımı Brigit Kuşpen

12 May 2008

UNESCO-nun baş direktoru Koisiro Matsuura

15 May 2008

Polşanın birinci Xanımı Mariya Kaçinski, Cənubi Afrika Respublikasinin birinci Xanımı Zanele Mbeke, Latviyanın birinci Xanımı Lilita Zatler, Anqolanın birinci Xanımı Ana Paula duş Santuş, İslam Konfransı Təşkilatının baş katibinin Xanımı Füsun İhsanoğlu

11 İyun 2008


"Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan xalçalarının tarixi şöhrətini böyük uğurla yaşadan, istehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə Avropa bazarında xüsusi yer tutan müəssisə olaraq 2007-ci ildə bir sıra milli və beynəlxalq mükafatlar təsis edilmişdir.
  1. "UĞUR 2006" İQTİSADİYYAT VƏ BİZNES SAHƏSİNDƏ MİLLİ MÜKAFATI. "İxrac yönümlü istehsalın inkişafına töhfəsinə görə" nominasiyasında CONSULTING BUSINESS jurnalı tərəfindən 30 yanvar 2007-ci ildə təqdim olunmuşdur.


  2. "Caspian Energy International Award 2007" BEYNƏLXALQ MÜKAFATI. "Azərbaycan xalça sənətinin dirçəldilməsi və inkişafı" nominasiyasında Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən 27 mart 2007-ci ildə təqdim olunmuşdur.


  3. "KRALİÇA VİKTORİYA ADINA EKSKLÜZİV MÜKAFATI ("QUEEN VICTORIA COMMEMORATIVE MEDAL")." Fəaliyyətində göstərilən şərəf, ləyaqət və fədakarlığa görə" "Azər-İlmə"MMC-nin direktoru Vidadi Mutadova təsis olunmuşdur. Mükafat Avropa Biznes Assambleyasının 19-21 mart 2007-ci il tarixində Oksfortda keçirilən Liderlər Samitində təqdim edilmişdir.
Uğur-2006
Queen Victoria Commemorative
Medal
Caspian Energy International
Award

European Quality -2009

Satış meneceri - Tural Bahadurov                                         

About us     Making     Gallery     Our carpets     Contacts
 
Copyright 2006 www.azerilme.az Created by:Tural Bahadurov